Fəzail Ağamalı Arzuman Adulkərimovu vəzifəsindən uzaqlaşdırıb? - Keçmiş müxalifətçi imiş
20-06-2022, 02:09

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Siyasi məsələlər üzrə müavini Arzuman Abdulkərimovla yollarını ayırıb.

AZİNFORM.AZ-ın redaksiyasına daxil olan məlumata görə, 2019-cu ildə partiyaanən üzvlüyünə qəbul olunduqdan sonra millət vəkilinə müavin seçilən A.Abdulkərimovun vəzifəsindən niyə uzaqlaşdırıldığı dəqiq məlum deyil.

Redaksiyamıza daxil olan digər məlumatda iddia edilir ki, işindən uzaqlaşdırılan A.Abdulkərimov yenidən iş adamı kimi fəaliyyətini bərpa edib.

Mətbuatda gedən məlumatda bildirilir ki, A.Abdülkərimov bir vaxtlar Əli Kərimli, İsa Qəmbər kimi müxalifət liderlərinin yaxın silahdaşı olub. Sonradan dayandıı rakursu dəyişərək iqtidar partiyanı dəstəklədiyini bildiirib.

Hətta İsa Qəmbərin 2003-cü ildə prezident seçkilərində namizəd olarkən Qazaxa səfəri zamanı ən yaxın silahdaşı Arzuman Abdülkərimov da yanında olub.

İddia olunur ki, həmin səfər zamanı Arzuman Abdülkərimov "Qazaxa Azərbaycanın Prezidenti gəlir" şüarını dəfələrlə səsləndirib. 

 Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /amia.az/





up