Şamaxıda pişik bir həftədir ağacda qalıb - FOTO
17-06-2022, 17:13

Şamaxıda çinar ağacına çıxan pişik bir həftədir ki, oradan aşağı enə bilmir.

AZİNFORM.AZ-ın məlumatına görə, hadisə şəhərin Aşıq Məmmədağa küçəsində qeydə alınıb. Belə ki, məhəllədəki pişiklərin biri yaşayış binalarının qarşısında hündürlüyü təqribən 10-15 metr olan çinar ağacına çıxıb. Aşağı enə bilməyən heyvan bir həftədir ki, ağacda ac-susuz qalıb.

Sakinlər pişiyi düşürməyə çalışsalar da, buna nail ola bilməyiblər. Onların sözlərinə görə, axşamlar pişiyin səsindən yata bilmirlər. Aidiyyəti qurumlardan xahiş ediblər ki, pişiyin ağacdan düşürülməsinə kömək olsunlar.  /qafqazinfo/

 AZİNFORM.AZ





up