Meyvələrin qiyməti ilə bağlı Milli Məclisdən təklif
17-06-2022, 11:53

Azərbaycanda bazarlarda meyvələrin qiymətinin baha olması hamını narahat edir.

AZİNFORM.AZ trend-ə istinadən xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, kəndlərdə meyvələrin qiyməti elə baha deyil. N.Həmzəyev bildirib ki, daşınma zamanı kimlərsə tərəfindən qiymət artımı edilir.

Bu baxımdan deputat kənddən şəhərə kampanyasının miqyasının genişləndirilməsini təklif edib.





up