Məktəblərdə bu siniflərdə YENİLİK OLACAQ
9-06-2022, 18:00

"Gələcəkdə VI, VII və VIII siniflərdə də mərkəzləşdirilmiş imtahanın keçiriləcəyi istisna edilmir".

AZİNFORM.AZ xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov müəllimlərin sertifikasiyası ilə bağlı keçirilən görüşdə deyib.

O bildirib ki, artıq IV siniflərin monitorinq imtahanı keçirilib:

"Bu imtahanların keçirilməsində məqsəd şagirdlərin bilik və bacarıqlarının öncədən öyrənilməsidir. Əvvəl isə sadəcə IX sinifdə bunu müəyyənləşdirə bilirdik".





up