Daxili İşlər Nazirliyi Sabirabad rayonunda məktəbli qızın ərə verilməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb:
"Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb.
Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq".
14:22
Azərbaycanda məktəbli qız evləndirilib.
Bu barədə AZİNFORM.AZ-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlıumat verib. O bildirib ki, toy Sabirabad rayonunda olub:
"Sabirabad rayonu Qəzli kəndində 9 cu sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə də oğlan toyu olacaq. Qızın adını yazmayacam, ananın adı isə Zöhrədir".