Azərbaycan Respublikası Müdafiə Sənayesi Naziri Mədət Quliyev Vəkillər Kollegiyasının sədri Anar Bağırova təbrik məktubu göndərib.
AZİNFORM.AZ-ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli Anar müəllim!
Sizi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına üzv qəbul olunması münasibətilə ürəkdən təbrik edir, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların hüquqlarının səmərəli müdafiəsi, vəkillik peşəsinin nüfuzunun artırılması istiqamətindəki yorulmaz fəaliyyətinizdə yeni uğurlar, firavanlıq və ailə səadəti diləyirəm!".
Anar Bağırov isə öz növbəsində səmimi təbrik və yüksək diqqətə görə Mədət Quliyə vəkil korpusu adından minnətdarlığını bildirib.