Uşağını təkbaşına böyüdən kişilərə yeni HÜQUQ verilir – Bəs, qadınlar üçün hansı güzəştləri VAR?
18-11-2023, 12:45

Azərbaycanda üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız razılıqları ilə cəlb olunacaqlar.

Bununla bağlı bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.

Bəs uşaqlarını tək böyüdən qadınlar üçün Azərbaycanda hansı güzəştlər var?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Bizim.Media-ya bildirib ki, hazırda Azərbaycanda övladlarını tək böyüdən qadınlar üçün güzəştlər yoxdur:

“Sovet dövründə belə imtiyazlar var idi. Lakin ölkəmizdə qadınların hüquqları bərabərdir. Yəni xanımlar üçün heç bir məhdudiyyətlər yoxdur. Onların əmək, təhsil, seçki, sağlamlıq və digər hüquqları var. Sadəcə qadınlar öz hüquqlarını bilməli və onu həyatında tətbiq etməyi bacarmalıdırlar”.

Məlumat üçün bildirək ki, Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən hamilə və yaşyarımadək uşağı olan qadınlar, eləcə də 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq iş olmamalıdır.
79-cu maddəyə əsasən müəssisənin ləğv olunması və müddətli əmək müqviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi hallarından başqa hamilə, habelə üç yaşınadək uşağı olan qadınların işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağan edilir.

66-cı maddəyə əsasən hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) attestasiya olunmayan işçilərə aid edilir.

İstənilən halda təkbaşına uşaq böyüdən qadınların hər hansı imtiyazları yoxdur.  

AZİNFORM.AZ





up