"Cərimələrə endirim" səhifələrinə inanmayın - Kartınız oğurlana bilər
6-11-2023, 10:56

Sürücülərə cərimələrin ödənilməsilə bağlı müxtəlif endirim kampaniyaları qismində elanlar təqdim olunur.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

"Sosial şəbəkələrdə yerləşdirilən bu elanlar saxtadır və məqsəd vətəndaşların şəxsi və bank kartları məlumatlarını ələ keçirtməkdir. Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşları diqqətli olmağa çağırır. 

Son günlər “cəriməni buradan ödəyərək endirim əldə et” kampaniyası vədi verən “asancerime.com” internet saytıyla bağlı şikayətlərin sayı artıb.

Araşdırma zamanı bu saytın ABŞ-də yaradıldığı və ölkəmizlə heç bir əlaqəsinin olmadığı müəyyən edilmişdir", - xəbərdarlıqda qeyd olunub. /unikal/





up