Elə bir gün keçmir ki, sosial mediada yeni trend yaranmasın. Adı açıqlanmayan qadın dodaqlarına yapışqan çəkərək ərini öpüb. Həmin anlar sosial şəbəkələrdə yayılıb.
Azinform,az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntü qısa zamanda gündəm mövzusuna çevrilib. Qadın dodaqlarına yapışqan çəkdikdən sonra ərini öpdüyü anı lentə alaraq sosial şəbəkədə paylaşıb. Qadınla kişinin dodaqları bir-birinə yapışarkən, trendi oxşar şəkildə sınayanların da olduğu bildirilib.
Sosial mediada böyük marağa səbəb olan bu görüntülər qısa zamanda minlərlə bəyənmə və şərh toplayıb. Sosial şəbəkə istifadəçilərindən biri bu paylaşıma “Doğrudanmı bunu etməli idin?” şərhini yazıb. şərhini əlavə etdi. Digər sosial şəbəkə istifadəçisi isə “Bunun trendə çevrilməsi son dərəcə risklidir” şərhini yazıb.