Azərbaycanın ən yaşlı kişi və qadın seçiciləri məlum olub
27-05-2022, 19:51

Azərbaycanın ən yaşlı kişi və qadın seçiciləri məlum olub.

AZİNFORM.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, Azərbaycanın ən yaşlı seçicisi qadındır. O, Gədəbəy rayon sakini 1900-cu il təvəllüdlü Nuriyeva Şərabanı Əli qızıdır. Onun 122 yaşı var.

Ən yaşlı kişi seçici isə 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur. Onun 107 yaşı var.





up