Məşhur teleaparıcı DİN əməkdaşı ilə ailə qurur
27-05-2022, 12:00

Tanınmış jurnalist, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev ailə qururlar. 

AZİNFORM.AZ-ın məlumatına görə, bir neçə gün öncə rəsmi nikaha girən cütlük 28 May Respublika Günündə toy mərasimi keçirəcək. 

Qeyd edək ki, Nurlan Əliyev uzun müddət ATV, “Space”, həmçinin “Lider” TV-də müxbir və xəbər aparıcısı, Aysel Fərziyeva isə “Lider” TV, ATV, ARB24 və REAL TV-də aparıcı kimi fəaliyyət göstərib.







up