Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti oktyabrın 20-i səhər saatlarına qədər davam edəcək.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Oktyabrın 20-i gündüz və oktyabrın 21-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.