Yeni vəzifəyə təyin olunan Fuad Babayev işdən çıxarıldı
16-09-2023, 18:12

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin yeni təyin olunan rəisi vəzifəsindən azad olunub. 

AZİNFORM.AZ report-a istinadən xəbər verir ki, iki ay əvvəl Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə rəis təyin olunan Fuad Babayev vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə hələ ki təyinat yoxdur.

Qeyd edək ki, o uzun illər Gənclər və İdman Nazirliyində Gənclərlə İş Şöbəsinin müdiri vəzifəsində çalışıb.





up