Pensiya alan vətəndaşlara MÜHÜM XƏBƏR – 2il ərzində...
15-09-2023, 19:54

Ölkəmizdə pensiya alan vətəndaşların bəziləri müxtəlif səbəblərdən bir müddət aylıq müavinətlərindən istifadə etmir. Belə olduqda həmin məbləğ müvafiq olaraq onların bank hesablarında yığılır. Lakin bəzən kartın vaxtının bitməsi və müxtəlif səbəblərdən vətəndaş həmin məbləğin konkret həcmindən xəbərsiz olur. 

AZİNFORM.AZ bildirir ki, sözügedən mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov referans.az-a danışıb.

“Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şəxs müxtəlif formalarda, yəni yaş, əlillik və s. formada pensiya ala bilər. Əgər şəxs ona təyin olunmuş pensiyanı müvafiq bank kartından çıxarmırsa və ondan istifadə etmirsə vətəndaşlar bilməlidir ki, bu artıq dövlət büdcəsindən həmin şəxsin hesabına köçürülən məbləğdir. Bu artıq dövlət tərəfindən icra olunmuş öhdəlik hesab olunur. Artıq həmin məbləğdən istifadə edib-etməmək pensiya alan şəxsin hüququdur. Şəxs dünyasını dəyişərsə, əlbəttə ki, onun birinci dərəcəli vərəsələri yəni yaxın qohumları həmin məbləğdən mütənasib qaydada istifadə edə bilərlər. Amma burada hər hansı bir formada istifadə olunmayan pensiya məbləğinin yenidən dövlət büdcəsinə qaytarılması məsələsi yalnız vəfat edən şəxsin yaxınları və yaxud vərəsələri olmadıqda müştərisi olduğu bank tərəfindən müvafiq prosedurun həyata keçirilməsindən sonra geri dövlət büdcəsinə qaytarıla bilər. Bundan başqa qeyd etmək istəyirəm ki, vətəndaşlarımız pensiya alan şəxsin ölməsi barədə məlumat vermirlər və məlumatı olmadığı üçün dövlət bank kartının son istifadə müddətinə qədər pensiyanın ödənişini həyata keçirir. Lakin sənədlər təqdim olunduqdan sonra şəxsin çox öncələr vəfat etməsi faktı ortaya çıxır. Bu məbləğdən istifadə dövlət büdcəsindən yararlanmaq anlamında gəlir və cinayət əməli hesab olunur. Həmin götürülən məbləğ geri qaytarılmalıdır. Əgər qaytarılmasa Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluğu tərəfindən cinayət işi başlanılır və həmin vətəndaş cinayətə cəlb oluna bilər”.

AZİNFORM.AZ





up