Canlı yayımda yaşadığı xəyanətdən danışan qadını əri tutdu - VİDEO
7-09-2023, 20:25

Türkiyənin “Beyaz” TV ekranlarında yayımlanan "Hayatta her şey var" verilişinə bağlanan qadın 40 illik həyat yoldaşının qonşusu ilə onu aldatdığını deyib.

AZİNFORM.AZ xəbər verir ki, qadın canlı yayımda xəyanətdən necə xəbər tutduğunu danışan zaman yoldaşı evə gəlib.

Yoldaşının evə gəldiyini bilən aparıcı Nur Viral hər hansı müzakirədən qaçmaq üçün telefon əlaqəsini kəsib.

 “Bizə görə bir şey olmasını istəmirəm. O, evdə olarkən danışma. Şəkər xəstəsisiniz, şəkəriniz yüksələr. Söz verirəm ki, gələn həftə sizi yenidən yayıma qoşacağam. Fikrim sizdə qalacaq”, - aparıcı telefon əlaqəsini kəsmədən öncə söyləyib.


/olke.az/



up