Tovuzda SKANDAL GÖRÜNTÜLƏR – “Nazir gəlir, etməlisiniz” - VİDEO
31-08-2023, 13:11

Videoda izlədiyiniz görüntülər Tovuz Rayon Nizami adına Mədəniyyət Evinin qarşısındadır. Əyilib yoldan ot yolan, əllərində dəmir, lomla yer eşən adamlar hansısa Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləri deyil, Tovuz Rayonu Mərkəzi Kitabxanasının işçiləri və Tovuz Rayon Mədəniyyət Evinin işçiləridir. Qadınlı-kişili kütləvi işə cəlb edilən bu adamların iş yeri tamaşa və teatr səhnəsi olsa da, hər gün Mədəniyyət Evinin bağında işlədilməyə, kəslə yerdə düzülən daşların köməyi ilə işə cəlb edilir.

Kitabxanada işləyənlər və Tovuz Mədəniyyətinin aktyoru, aktrisa və digər işçiləri işdən qorumaqdan qorxub, razılıq vermirlər.

Onlar bildirirlər ki, hər gün onlara tapşırıqlar verilir. Etmədikdə, işdən çıxarılacaqları və ya töhmət alacaqları ilə təhdid edilir.

İşçilərin Gununsesi.info–ya verdiyi məlumatlara görə, kitabxana idarəçiliyi “Xoşun gəlmirsə, istifadəni yaz”, deyir. Bildirirlər ki, Mərkəzi Kitabxananın müdriyyəti “Nazir gəlir”, deyərək onları bu cür işlərə cəlb edir.Ümid edir ki, Babək, Nəsimi, Həcər kimi qəhrəmanların obrazlarını canlandıran mədəniyyət işçiləri yenidən öz səhnə fəaliyyətlərini davam etdirirlər.





up