"Hazırda Bakı şəhərindəyəm, istirahət edirəm"
AZİNFORM.AZ unikal-a istinadən xəbər verir ki, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev açıqlamasında deyib. O, hələlik hansısa bir iş təklifi almadığını bildirib:
"Səhhətim də yaxşıdır. Heç bir problem yoxdur", - deyə keçmiş nazir vurğulayıb.
Qeyd edək ki, Əbülfəs Qarayev 2020-ci ilin may ayında Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.