Əhaliyə hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixdən...- VİDEO
18-08-2023, 03:19

Kəskin istilər ölkə ərazisini tərk edir.

AZİNFORM.AZ xəbər verir ki, Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, avqustun 25-dək kəskin istilər olmayacaq.

Hidrometeoroloji Proqnozlar bürosunun direktor müavini Şəbnəm Qurbanovanın sözlərinə görə, bölgələrdə hava şəraiti əsasən, yağmursuz keçəcək.

Bildirildi ki, avqustun 25-nə kimi kəskin isti, hələ ki, gözlənilmir. Havanın maximal temperaturu Abşeron yarımadasında 32-37 dərəcə intervalında dəyişəcək.Avqustun 24-25-də isə temperatur bir qədər də enərək, maximal temperaturun 33 dərəcə olacağı proqnozlaşdırılır.





up