İsti hava şəraiti bu tarixədək davam edəcək - RƏSMİ AÇIQLAMA
11-08-2023, 14:23

Bakıda və Abşeron yarımadasında isti hava şəraiti avqust ayının ortalarına qədər davam edəcək.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Qeyd olunub ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40, bəzi yerlərdə 41-42, aran rayonlarında 38-40, bəzi yerlərdə 42-44 dərəcə isti olacağı gözlənilir. 





up