Yağışlı hava bu tarixədək davam edəcək - AÇIQLAMA
17-07-2023, 11:31

Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti iyulun 18-i gündüzədək davam edəcək.

AZİNFORM.AZ  xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib:"İyulun 18-i gündüzədək yağıntıların kəsiləcəyi gözlənilir.

 İyulun 19 və 20-də əksər rayonlarda yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək". 





up