DİGƏR XƏBƏRLƏR
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Yeni Klinikaya direktor təyin edilib.
AZİNFORM.AZ xəbər verir ki, xəstəxananın direktoru vəzifəsinə Barat Yusubov gətirilib.
Qeyd edək ki, B.Yusubov 08.01.1978-ci il tarixində Lerik rayonunun Pirasora kəndində anadan olub. 1995-ci ildə Pirasora kənd orta məktəbində təhsilini başa vurub. 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, 2001-2002-ci illərdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində Nefrologiya ixtisası üzrə internatura təhsili alıb.