"Tiktok"da zəlzələ ilə bağlı yalan xəbərlər yayılır, inanmayın
4-07-2023, 02:04

"Tiktok" sosial şəbəkəsində Azərbaycanda  zəlzələnin "6.5 və ya 7 bal gücündə olması", "çox sayda ölən və yaralıların olması" barədə insanları panikaya salan dezinformasiya xarakterli xəbərlər yayılır"

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzve Hacıbəy Heydərli deyib. 
O bildirib ki, bunu edənlər Azərbaycanı sevməyən və ölkədə xaos yaratmaq istəyən qüvvələrdir: 

"Bunu yayanlar Azərbaycanı sevməyən ölkələrin xüsusi xidmət orqanlardır, Azərbaycanı sevməyən qüvvələrdir. Tanrı Azərbaycanımızı qorusun".

O həmçinin bildirib ki, yalnız rəsmi xəbərlərə istinad etmək lazımdır:

FHN-in ilkin məlumatəna əsasən, zəlzələ ilə əlaqədar olaraq, dağıntı və təlafat barədə FHN-ə məlumat daxil olmayıb.




up