Nail Kəmərli ilə narkoman arasında KİŞİ SÖZLƏŞMƏSİ - VİDEO
21-06-2023, 22:46

Gənclik insan həyatının ən gözəl, sonradan  həsrətlə anılan, amma geri qaytarılması mümkün olmayan bir dönəmidir. Gənclik gözəllik, sağlamlıq deməkdir. Gənc insanların həm sağlam ruhu, həm də fiziki sağlamlığı olmalıdır. 

Son vaxtlar ölkəmizdə xüsusən gənclər arasında narkomaniyanın yayılması hamımızı narahat edən məsələdir.  Narkomaniya insanları fəlakətə sürükləyir. Yalan, cinayət, ailələrin dağılması, ölümcül xəstəliklər və s. narkomaniyanın gətirdiyi bəlalardır.

AZİNFORM.AZ bildirir ki, “Youtube” kanalında böyük izləyici kütləsinə malik olan tanınmış videobloger Nail Kəmərli növbəti verilişini hazırlayıb. 

Narkotik vasitələrin, pis vərdişlərin insan həyatında, xüsusilədə gənclərin həyatında yaratdığı mənfi təsirləri vurğulayaraq, hazırladığı video materialları gənc auditoriya iştirakçılarına təqdim edir. Bu videoda da siz narkoman olan Yusifin həyat hekayəsi ilə tanış olacaqsız.  

Ətraflı videoda izləyə bilərsiniz:






up