XƏBƏRDARLIQ: Bu dondurmaları almayın, təhlükəlidir - VİDEO
19-06-2023, 12:01

Mövsümlə əlaqədar olaraq insanların dondurmalara ehtiyacı isti günlərdə sevimli qidalar arasında əsas yer alır. Yayda dondurma sevməyən, yeməyən tapmaq çətin məsələdir. 

AZİNFORM.AZ bildirir ki, köhnə, ya həddindən artıq yağlılığı olan, ya da ümumiyyətlə mənşəyi hansı yağdan hazırlandığı belə bilinməyən dondurmanı almayın. Dondurma tez həll olunan, yüksək kalorili süd məhsuludur və ondakı yağlılıq 3 % dən artıq olmamalıdır.  Dondurmalar süddən hazırlandığı üçün riskli məhsullar sırasına aiddir. Bunun üçün dondurma alarkən onun düzgün qaydada saxlanılması və paketləşdirilməsinə diqqət edilməlidir.

Qeyd edək ki, dondurmanı yeyərkən ağızda acılıq hissi yaranarsa, bu onun keyfiyyətsiz məhsul və yağdan hazırlandığını ortaya qoyur.

AZİNFORM.AZ ARB-nin videomaterialını sizlərə təqdim edir:



 





up