Müəllimlərə bahalı hədiyyə almaq olarmı? - ARAŞDIRMA
12-06-2023, 23:21

Ötən gün Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi ilə bağlı rüşvət iddiaları gündəm olub. Belə ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə sözügedən məktəbin ibtidai sinif müəlliminə 4-cü siniflərin məzun günündə valideyn tərəfindən qızıl sırğa və üzük hədiyyə edilərək, taxıldığı əks olunub. 

AZİNFORM.AZ-ın xəbərinə görə, İdarədən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma davam etdirilir: 

“İlkin məlumat belədir ki, həmin hədiyyə sırf valideynlərin istəyi əsasında verilib. Bu hadisə dərsdən kənar vaxtda olub. Bundan məktəb rəhbərliyi və müəllim xəbərdar olmayıb. Valideynlərdən də izahat alınıb. Onlar da müəllimi müdafiə edərək, bunun özlərinin istəyi ilə olduğu və müəllimin günahının olmadığını bildiriblər”.





up