"Uşaqlarınızın telefonla nə iş gördüyünə fikir verin" - Əməkdar artist
23-05-2023, 20:55

"Son günlərdə qız uşaqlarını qaçıran, onlarla nişanlanmaq istəyən pedofillərin sayı durmadan artır. Vicdanlı analara səslənirəm: Mütəmadi olaraq övladlarınıza hər mənada nəzarət edin. Çox pis zamanda yaşayırıq. Elə bir dövrdə yaşayırıq ki, heç kimə güvən qalmayıb: Nə qonşuya, nə qohuma... Bu səbəbdən uşaqlarınızı heç kimə əmanət etməyin".

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova bildirib. Aktrisa bir neçə gündür gündəmdə olan Tovuzda ailə qurmaq məqsədiylə evdən qaçan 13 yaşlı Əfsanə Tağıyeva ilə bağlı paylaşım edib.

Analara səslənən Xanlarova bunları əlavə edib:

"Uşaqlarınızın telefonda hansı işlərlə məşğul olduğuna, kimlərlə danışdığına fikir verin. Sosial şəbəkələrdən istifadə etməsinə icazə verməyin. Uşaqlarınızın şəkillərini sosial şəbəkələrdə, vatsappda belə paylaşmayın. Çünki heç kimin alnında "uşağa qarşı hissləri olan şərəfsiz, təcavüzcü" sözü yazılmayıb. Heç bir uşağın "özəl həyatı" ola bilməz. Heç kim başqasının uşağına yaxınlaşa, toxuna, öpə bilməz. Yeniyetməlik yaşına çatmayan qız uşaqları ilə sevgili olanlar, nişanlananlar, onları qaçıranlar barədə hüquq sistemi sərt cavablar verməlidir ki, bir çoxlarına dərs olsun və həmin şərəfsizlərin şəkillərini paylaşın".

Qeyd edək ki, Əfsanə adlı 13 yaşlı qızın Xudat şəhər sakini, 40-dan çox yaşı olan Səfər Kavazov adlı kişi ilə qaçdığı deyilib.  /axşam.az/







up