Azərbaycanda ZƏLZƏLƏ OLUB
19-05-2023, 09:57

Goranboyda 3,1 maqnitudalı zəlzələ olub.

Bu barədə AZİNFORM.AZ-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Yerli vaxtla saat 07:22-də Gəncə stansiyasından 34 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.





up