ŞOK HADİSƏ: 65 yaşlı mer 16 yaşlı qızla evləndi - FOTO
29-04-2023, 11:18

Braziliyada 65 yaşlı Hissam Hüseyn Dehaini özündən 49 yaş kiçik Kauane Rode Dehaini ilə ailə qurub.

AZİNFORM.AZ xəbər verir ki, Hissam Hüseyn Aracauria şəhərinin meridir. O, Rodenin 16 yaşı tamam olandan sonra onunla evlənib.

Rode “Miss Araucaria” gözəllik yarışmasında ikinci yerə sahib olub.

16 yaşlı qızın anası bir müddət əvvəl şəhərin Mədəniyyət və Turizm Naziri təyin edilib.

Hazırda isə Parana ştatının prokurorları merin dövlət məmuru nüfuzundan ailə üzvlərini dövlət vəzifələrinə cəlb etmək üçün istifadə edib-etmədiyini araşdırır.

/Baku.ws/




up