DİGƏR XƏBƏRLƏR
Quba rayonunda 17 yaşlı qızın Mərkəzi Xəstəxanaya doğuşa gəlməsi ilə bağlı polisə məlumat daxil olub.
AZİNFORM.AZ xəbər verir ki, aprelin 27-də günorta 13:00 radələrində Xaçmaz rayonunun Gödəkli kənd sakini, 17 yaşlı A.V doğuş üçün xəstəxanaya müraciət edib.
"Körpə təbii doğuşla dünyaya gəlib. Ananın vəziyyəti kafidir, uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ananın yetkinlik yaşına çatmadığı dövrdə hamilə qalmasını müəyyən edərək aidiyyəti üzrə polisə məlumat veriblər”.
Hazırda hadisə ilə bağlı polis araşdırmalara başlayıb.