Sabah Ramazan ayının 27-ci günüdür. “İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər”.
Sübh azanı 04:32
Zöhr azanı 12:40
Əsr azanı 17:25
Məğrib azanı 19:37
İşa azanı 20:42
İmsak duası:
“Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin!”
Tərcüməsi: “İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul eləsin!