Ramazan ayının 21-ci günü: Dua, imsak və iftar vaxtı
11-04-2023, 21:39

Sabah Ramazan ayının iyirmi birinci günüdür.“İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər”.  

AZİNFORM.AZ xəbər verir ki, müqəddəs Ramazan təqviminə əsasən, aprelin 12-də imsak vaxtı saat 04:38-də, iftar vaxtı isə 19:30-dadır.

Aprelin 12-si üçün namaz vaxtları:

Sübh azanı    04:43

Zöhr azanı    12:42

Əsr azanı    17:21

Məğrib azanı    19:30

İşa azanı    20:35

İyirmi birinci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin!”

Tərcüməsi: “İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul eləsin!

AZİNFORM.AZ
 





up