Suraxanı rayonu Hövsan qəsəbəsində vətəndaşın qaz sayğacını dəyişdiriblər, ancaq yeni smartkartı vətəndaşa verməyiblər.
AZİNFORM.AZ xezerxeber.az-a istinadən xəbər verir ki, proses həftənin son iş günü reallaşdırıldığı üçün həftə sonu ev yiyəsi 2 gün qazsız qalıb.
Bütün bunlar tarzən Humay Qədimovanın başına gəlib.
Hövsan qəsəbəsi, "Quşçuluq" massivi adlanan ərazidə yaşayan Humay Qədimova baş verənlər barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
“Onun bu paylaşımına digər vətəndaşlar da şərh yazaraq, eyni hal ilə rastlaşdıqlarını bildirib”
Son çarə kimi Humay Qədimova "Azəriqaz"ın 104 qaynar xətti ilə əlaqə saxlayıb. Lakin məlumat verilib ki, ona bu barədə köməklik göstərə bilməzlər. Vətəndaş özü həftənin 1-ci günü Rayon qaz idarəsinə yaxınlaşaraq kartını əldə etməlidir.
Nəticə olaraq Humay Qədimova 2 gün qazsız qalıb.
Məsələ ilə bağlı "Azəriqaz"ın mətbuat katibi Eldəniz Vəliyev “Xəzər Xəbər”ə bildirdi ki, sayğac vətəndaşın şəxsi iştirakı ilə dəyişdirilməlidir.
“Lakin prosesdə bəzən istisna hallar da müşahidə olunur”
Musahibimiz Humay Qədimova özü sonrakı günlər Suraxanı Rayon Qaz İdarəsinə yaxınlaşaraq kartını götürüb.