Sabahın HAVASI - PROQNOZ AÇIQLANDI
16-04-2023, 13:21

Sabaha olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZİNFORM.AZ-a verilən məlumata görə, aprelin 17-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-16° isti olacaq.

Atmosfer təzyiqi 771 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında isə əsasən yağmursuz. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.





up