Ramazan bayramında bu günlərdə iş olmayacaq
15-04-2023, 10:41

 Ramazan bayramı münasibətilə 4 gün qeyri-iş günü olacaq.

AZİNFORM.AZ xəbər verir ki, aprel ayının 21, 22-i Ramazan bayramı qeyd olunacaq. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. 

2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 24 aprel də istirahət günüdür.

Ümumilikdə, cari ayın 21,22,23,24-ü qeyri-iş günləridir. Bayramdan sonra ilk iş günü isə aprel ayının 25-də başlayacaq.





up