Azərbaycanda QURBAN bayramıdır - VİDEO
9-07-2022, 00:56

Bu gün Azərbaycanda Qurban bayramıdır.

AZİNFORM.AZ xəbər verir ki, bu il bayram 9-10 iyul tarixlərinə təsadüf edir.

Bu gün məscidlərdə Bayram namazları qılınacaq.

Şəriətə uyğun olaraq Qurban kəsimi iyulun 9-dan başlayaraq 3 gün davam edə bilər.

Qurban bayramı islam aləmində ən möhtəşəm bayramlardan biridir. İslamda cəmi iki bayram — eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və eydül-fitrə (Orucluq bayramı — kiçik bayram) bayramlar qanuniləşdirilmişdir. Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir. Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.

Qeyd edək ki, Аzərbаycаndа Qurbаn bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elаn edilib. İyulun 9, 10, 11 və 12-si bayramla əlaqədar qeyri-iş günləridir.

Qurban bayramı saflıq, təmizlik rəmzi sayılır. Qoy bu əziz bayram müstəqil dövlətimizin azad vətəndaşlarına sağlamlıq, dinclik, bolluq və bərəkət gətirsin.

Bayramınız mübarək!


AZİNFORM.AZ



up