Pensiya yaşı endirilməlidir - Deputatdan SƏRT AÇIQLAMA
12-04-2023, 12:00

“Azərbaycanda pensiya yaşı endirilməlidir”.

Bunu Bakıvaxtı.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.

Deputat qeyd edib ki, beynəlxalq aləmdə belə bir fikir var ki, insanlar uzunömürlü olur və dövlət büdcəsinə yük olurlar:

“Hətta Yaponiyada belə təklif ediblər ki, yüz yaşdan yuxarı 50 min əhali var, onları iynə vasitəsi ilə öldürmək lazımdır. əlbəttə ki, bütün dünyada pensiya yaşını ona görə artırırlar ki, dövlət büdcəsinə ziyan gəlməsin. Bir şey də var ki, Azərbaycanda da uzunömürlü insanlar olub. Lakin onların sayı tək-tük olub axı. Diqqət etmək lazımdır ki, Azərbaycanda 65 yaşdan yuxarı kişilər nə qədər yaşayır? Yaxud da 63 yaşdan yuxarı qadınlara baxaq”.

Müsahibimiz vurğulayıb ki, Azərbaycanda qadınlar uzunömürlü olmurlar:

“Düzdür, pensiya yaşını artırdıqdan sonra, onu aşağı salmaq çətin prosesdir. Düzdür, Çində bu, baş vermişdi. Ona görə də düşünürəm ki, kişilərin pensiya yaşı 65-dən 63-ə, qadınlarda isə 63-dən 60-a endirilməlidir”.

T.Kərimli hesab edir ki, bu, həm də büdcəmizə o qədər yük olmaz. Onun sözlərinə görə, həmin insnalar da dövlət üçün o qədər işləyib, əziyyət çəkiblər, pensiya almağa haqqı var: “Avropada insanlar pensiyası ilə iki ölkəni gəzə bilir”.





up