Ramazan ayının 17-ci günü: Dua, imsak və iftar vaxtı
8-04-2023, 02:00

“İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər”.

AZİNFORM.AZ müqəddəs Ramazan ayının 17-ci gününün təqvimi və duasını təqdim edir. 

Sübh azanı 04:51

Zöhr azanı 12:43

Əsr azanı 17:18

Məğrib azanı 19:26

İşa azanı 20:30

17-ci günün duası:

“Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin!”

Tərcüməsi: “İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdikləri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları Bilən! Mühəmmədə və onun pak ailəsinə salavat və rəhmət bəxş eylə!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul eləsin!

AZİNFORM.AZ






up