Elkiyar Ziyadova YÜKSƏK VƏZİFƏ verildi - DOSYE
4-04-2023, 17:19

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyəti sədrinə müavin təyin olunub.

AZİNFORM.AZ əldə etdiyi məlumata görə, bu vəzifəyə Elkiyar Ziyadov gətirilib.

E.Ziyadov əmək fəaliyyətinə 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) başlayıb və sözügedən qurumun strukturlarında müxtəlif vəzifələrdə çalışıb. 2018-2021-ci illərdə isə SOCAR-ın Sərmayələrdə Beynəlxalq Layihələrin Kommersiya Fəaliyyətinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləyib.

E. Ziyadov 2021-ci ilin noyabr ayından etibarən İZİA-da təyinatadək “Azərbaycan Dəmir Yolları” QSC-nin Marketinq İdarəsinin Biznesin inkişafı şöbəsinin rəisi vəzifəsində çalışıb. O, 2018-ci ildən bu yana Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə Modelləşdirməsi və Proqnozlaşdırma fənni üzrə dərs deyir.

E. Ziyadov ikinci “Yüksəliş” müsabiqəsinin qalibidir.





up