Şuşa, Qəbələ və Qusar ağ örpəyə büründü
1-04-2023, 11:47

Ötən gün axşam saatlarından yağan qar, Şuşa şəhərində nəqliyyat vasitələrinin hərəkətində bəzi çətinliklər yaradıb.

AZİNFORM.AZ-ın məlumatına görə, gecə boyu yağan qar Şuşa şəhərinin daxili və dağ yollarında gediş-gəlişi məhdudlaşdırıb, bəzi yerlərdə yollar buz bağlayıb.

İki gündür ölkənin şimal-qərb bölgəsində də yağışlı və qarlı hava şəraiti hökm sürür, havanın hərarəti mənfi 3 dərəcəyə qədər düşüb. Martın 31-dən aprelin 1-ə keçən gecədən başlayaraq bölgənin dağ və dağətəyi kəndlərə fasilələrlə qar yağıb.

Bölgədə qar ən çox dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən Qax rayonu Sarıbaş kəndinə düşüb. Bu gün səhər saatlarında kənddə qarın hündürlüyü 7 sm olub.

Qəbələdə də gecə saatlarından güclü qar yağır.

Rayon mərkəzinə 8-15 sm, dağlıq və dağətəyi ərazilərdə isə 20 sm-dən artıq qar yağıb.

Hazırda adıçəkilən bölgələrdə qeyri-sabit hava şəraiti və qar yağışı davam edir.





up