Sabah Ramazan ayının 10-cu günüdür.
“İlahi, məni bu ayda Özünə yaxınlardan qərar ver”.
AZİNFORM.AZ müqəddəs Ramazan ayının 10-cu gününün təqvimi və duasını təqdim edir.
10 ramazan 1434 – 19 iyul 2013
İmsaq: 04:59
İftar: 21:24
10-cu günün duası:
Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin.
Tərcüməsi:
“İlahi, bu ayda məni Öz həsənatlarının sayəsində Sənə təvəkkül edənlərdən, Sənin yanında bu ayda uğur qazananlardan, Məni bu ayda Özünə yaxınlardan qərar ver, öz gözəlliyinlə ey tələbkarların son Qayəsi!
Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi internet saytından götürülüb.
Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.