“Səhər görüntülü danışmışam, şükür yaxşıdır. Ayağındakı yara artıq sağalıb, ayağa qalxıb yeriyir”.
Bunu martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın qardaşı İlqar Mustafayev deyib.
O bildirib ki, həkimlər qardaşının reabilitasiya prosesinin yaxşı getdiyini qeyd edirlər:
“Bəziləri yazırlar ki, yarası ağırdır, vəziyyəti çətindir. Amma elə deyil. Biz heç nəyi gizlətmirik. Qardaşımın vəziyyəti yaxşıdır, Allaha şükür. Həkimlərimiz də əllərindən gələni edirlər. Ayağının yarası artıq sağalıb, çiynindəki yara da sağalacaq. Reabilitasiya prosesi tam yekunlaşdıqdan sonra hər şey yaxşı olacaq”. /oxu.az/
AZİNFORM.AZ