Valideynlərə övladlarının şəkillərini internetdə paylaşmaq QADAĞAN EDİLDİ - VİDEO
22-03-2023, 21:26

Fransa valideynlərə uşaqların fotosunu sosial şəbəkədə paylaşmağı qadağan etməyə hazırlaşır. Bu gün qəbul edilən qanunvericiliyə əsasən, fransız valideynlərə uşaqlarının fotolarını sosial mediada paylaşmağı qadağan edəcək.

AZİNFORM.AZ xəbər verir ki, Fransa parlamenti artıq bu barədə qərar qəbul edib. Ölkənin Milli Assambleyası tərəfindən qəbul edilən qanun layihəsi, məhkəmələrə valideynlərə uşaqlarının şəkillərini internetdə yerləşdirməyi qadağan etmək səlahiyyəti verəcək.

Bildirilib ki,  Fransa parlamentariləri uşaqların internetdə məxfiliyini qorumaq məqsədi daşıyan qanun layihəsini təsdiqləyiblər.







up