DİGƏR XƏBƏRLƏR
Daxili İşlər Nazirliyi Azərbaycanda 16 yaşlı qızın ərə verilməsinə dair yayılan məlumatlara aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov oxu.az-a bildirib ki, yayılan məsələ barədə araşdırma aparılıb:
“Müəyyən edilib ki, məsələ sosial şəbəkələrdə qeyd olunduğu kimi deyil. Yetkinlik yaşına çatmadığı iddia edilən və toyu olan xanımın 2023-cü il yanvar ayında 18 yaşı tamam olub”.
***
Azərbaycanda 16 yaşlı qız ərə verilib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, qız oğlanla zorla evləndirilib və martın 17-də Sumqayıtda oğlan toyu olacaq. /azxeber.com/