Bakıda blogerin pələnglə çəkdirdiyi şəkil müzakirələrə səbəb oldu — VİDEO
12-03-2023, 10:40

Bloqer Asya Fuadın Bakı Dövlət Sirkində səhnəyə daxil olaraq pələnglə çəkiliş etməsi müzakirələrə səbəb olub.

Bildirilir ki, təlimçilər təhlükəsizlik qaydalarını gözləməli, blogeri sirkin meydançasına buraxmamalı idilər.

Bakı Dövlət Sirkinin mətbuat katibi Gülşanə Mustafayeva açıqlamasında məsələyə aydınlıq gətirib: “Antrakt vaxtı təlimçinin özünün iştirakı ilə pələnglərdən biri meydançada olub. Təlimçi arxayındır ki, o pələng heç bir tamaşçıya ziyan vurmur, yırtıcılığı yoxdur. Bu baxımdan, tamaşaçılar pələnglə şəkil çəkdirə bilirlər. Yəqin ki, antrakt vaxtı olub və xanım bloqer pələnglə videoçəkiliş edib. Təlimçi mütləq pələngin yanında olur. Video da görünür ki, pələngin ipi təlimçinin əlindədir”.  /pravda.az/






up