Sirkdə QORXUNC ANLAR: Pələng baxıcısına hücum etdi – ANBAAN VİDEO
5-01-2023, 00:53

İtaliyanın Leççe şəhərində sirk nümayişi zamanı pələng baxıcısı İvan Orfeyə hücum edib.

AZİNFORM.AZ xəbər verir ki, pələngin caynağından çətinliklə xilas edilən baxıcı ağır yaralanıb.

Pələng təlimçisi İvan Orfey heyvanın qəfəsində tamaşaçılar üçün çıxış edərkən, pələng qəfildən ona hücum edib. Pələng İvanın boğazını dişləməyə çalışıb. Digər baxıcıların müdaxiləsi ilə pələngin çənəsindən xilas edilən məşqçinin ayaq və boynundan ağır yaralar aldığı bildirilir.

Qan içində olan İvan xəstəxanaya çatdırılıb.





up