TikTokda Bakının 258 nömrəli tam orta məktəbində çəkildiyi iddia olunan videogörüntülər yayılıb. Videonun 10-cu sinif şagirdləri tərəfindən məktəbin binasında lentə alındığı bildirilir.
AZİNFORM.AZ xəbər verir ki, görüntülərdən şagirdlərin məktəbə uyğun olmayan davranışlar sərgilədiyi aydın olur. Sosial şəbəkədə 200 mindən çox izlənən video tənqid və müzakirələrə səbəb olub.
Qeyd edək ki, əksər izləyicilər şagirdlərin bu görüntülərini tənqid ediblər.