ŞOK HADİSƏ: "Azərbaycanda kişi dayısı qızının evinə silahlı basqın etdi" - TƏFƏRRÜAT
3-01-2023, 16:18

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə quldurluq törətməkdə təqsirləndirilən Ədalət Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZİNFORM.AZ
-ın əldə etdiyi məlumat görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə 11 may 2022-ci il tarixdə, saat 03 radələrində Şəmkir rayonu, Şiştəpə kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1975-ci il təvəllüdlü Ədalət Qarayev onunla eyni kənddə yaşayan dayısı qızı Elmira Əliyevanın evinə mətbəxt bıçağı ilə basqın edib. O, sərxoş halda qohumunun övladlarının Rusiyada olduğunu və evdə tək yaşadığını bilərək gecə saatlarında otağa daxil olub. Bu zaman Ədalət Elmira Əliyevanın saçından tutub dartaraq fiziki ağrı yetirməklə və bıcağı onun boğazına yaxınlaşdırıb. O, qadını hədələyərək ondan pul tələb edib.

Zərərçəkmiş şəxs pulqabında cəmi 20 manat pulunun olduğunu, başqa pulunun olmadığını bildirib.

Daha sonra Ədalət pul və digər əşyaları əldə etmək məqsədilə evin içərisini axtarıb, oradan 20 manat dəyərində mobil telefon və anbarındakı soyuducunun içərisindən 5 kiloqram “Bounty, “Mars” və “Snickers” (87,50 manat) şokoladları götürməklə quldurluq cinayət əməlini törədib.

Hadisədən sonra qadın polisə müraciəd edib, Ədalət Qarayev saxlanılıb.

Məhkəmədə Ədalət Qarayev elan edilmiş ittiham üzrə özünü təqsirli bilib.  /pravda.az/





up