Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
23-02-2023, 00:00

Fevralın 23-də avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Bu barədə AZİNFORM.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 23-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Qeyd edək ki, fevralın 23-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü və nisbətən rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.





up