Azərbaycanın bəzi rayonlarında yollar buz bağlayacaq
12-02-2023, 19:58

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZİNFORM.AZ-a verilən məlumata görə, sabah ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı, şaxtalı hava şəraiti ilə əlaqədar isə dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.





up