Dağıntılar altında qalan tələbələrlə bağlı SON XƏBƏR - VİDEO
12-02-2023, 11:33

Zəlzələ nəticəsində Malatyada binanın dağıntıları altında qalan azərbaycanlı tələbələrin axtarışları davam etdirilir.

AZİNFORM.AZ İTV-yə istinadən xəbər verir ki, xilasedicilər həmin tələbələrin yaşadığı ikinci mərtəbəyə yaxınlaşıblar.

Məlumata görə, xilasedicilər dağıntılar altında 5 nəfərin sağ olduğunu müəyyənləşdiriblər.

Qeyd edək ki, dağıntılar altında qalan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədir.





up